Kriştiano Ronaldodan ailəsini itirmiş venesuelalı uşağa dəstək mesajı VİDEO

04.07.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Portuqaliya yığmasının tanınmış hücumçusu Kriştiano Ronaldo Venesuelada baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altından sağ çıxarılan uşağa mesaj ünvanlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ısa videoda futbolçu oğlana tezliklə sağalmasını arzulayıb və onu öz matçlarından birinə dəvət edib.

"Sənə səmimi qəlbdən sağalma və ən yaxşısını arzulayıram, həm də səni matçıma dəvət edirəm. Qucaqlayıram, dostum!" - deyə nəşr Ronaldonun sözlərini sitat gətirir.

Məşhur oyunçunun diqqət ayırdığı uşaq ağır faciə yaşayıb: zəlzələ nəticəsində o, bütün ailəsini itirib, özü isə elə xəsarətlər alıb ki, həkimlər onun ayağını amputasiya etməyə məcbur olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью