Kriştiano Ronaldodan daha bir rekord İdman və Biz

16.11.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, buna Millətlər Liqasında Polşaya 5:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

39 yaşlı Ronaldo yığmada 132-ci qələbəsini qazanmaqla ispaniyalı müdafiəçi “Real”dakı sabiq komanda yoldaşı Serxio Ramosa məxsus rekordu (131 qələbə) yeniləyib.

Qeyd edək ki, bu göstəricidə üçüncü yerdə “Real”ın digər keçmiş ulduzu İker Kasilyasdır. O, İspaniya millisi ilə 121 qələbəyə sevinib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью