Kriştiano Ronaldodan gələcəyi ilə bağlı qərar

30.05.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əl-Nəsr"lə müqaviləsi başa çatan Kriştiano Ronaldo gələcəyi ilə  bağlı qərarını verib.

Sportal.az xəbər  verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı klubunda qalacaq. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə ilə bağlı razılığa gəlib.  Yaxın günlərdə tərəflər arasında rəsmi sözləşmə imzalanıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yayından "Əl-Nəsr"də  çıxış edir. 40 yaşlı hücumçu başa çatan mövsümdə  komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью