Kriştiano Ronaldon altı aylıq cəzalana bilər

01.10.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo icazəsiz olaraq komandanın düşərgəsini tərk etdiyinə görə cərimə və oyunlardan kənarlaşdırılma cəzası ilə üzləşə bilər. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Portuqaliya Futbol Federasiyasının (FPF) intizam qaydaları bu cür pozuntulara görə sərt sanksiyalar nəzərdə tutur. Yığmaya çağırış almış oyunçunun məşqdə, oyunda və ya komandanın digər tədbirlərində əsaslı səbəb olmadan iştirak etməməsi bir aydan altı aya qədər müddətə oyunlardan kənarlaşdırılma və 500 ilə 1000 avro arasında cərimə ilə cəzalandırılır.

160-cı maddədə həmçinin qeyd olunur ki, oyunçunun komanda düşərgəsində olmaması və ya oranı tərk etməsi avtomatik olaraq onun millidən müvəqqəti kənarlaşdırılmasına səbəb olur.

Qeyd edək ki, ötən gün keçirilən mətbuat konfransında baş məşqçi Jorje Jezus Ronaldonun Millətlər Liqası çərçivəsində Danimarkaya qarşı keçiriləcək oyunda start heyətində yer almayacağını açıqladıqdan sonra ulduz futbolçu Portuqaliya millisinin düşərgəsini tərk edib. Daha sonra Kriştiano "bütün həqiqəti açıqlayacağını" vəd edən bir bəyanat yayıb. Sonradan hücumçunun beynəlxalq karyerasını başa vurmaq qərarına gəldiyi barədə məlumatlar yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью