Kriştiano Ronaldonun 40 yaşı tamam olur

05.02.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün ulduz futbolçu, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının üzvü Kriştiano Ronaldonun doğum günündür.

Missiya.Az xəbər verir ki, forvardın 40 yaşı tamam olur.

Kriştiano Ronaldo peşəkar karyerasına Portuqaliyanın “Sportinq” klubunda başlayıb. Bir müddət sonra 2006-cı ildə Ronaldo "Mançester Yunayted"ə keçib. 2009-cu ildə isə hücumçu "Real Madrid"ə transfer olunub. Onun ən əhəmiyyətli və diqqət çəkən nailiyyətləri İspaniya klubundakı karyerası ilə bağlıdır. Ronaldo 2018-ci ildə "Real"la vidalaşaraq "Yuventus"a keçib. 2021-ci ildə "Mançester Yunayted"ə qayıdan Ronaldo 2022-ci ilin noyabr ayında baş məşqçi Erik ten Haq ilə münaqişə səbəbindən klubdan ayrılıb. Futbolçu həmin ilin dekabr ayının 30-da Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib və hazırda da bu komandada çıxış edir.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью