Kriştiano Ronaldonun bioloji yaşı müəyyənləşib

21.05.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Kriştiano Ronaldonun bioloji yaşı 28,9 olaraq müəyyən edilib.

İdman.biz xəbər verir ki, "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu fitnes trekerlərindən birinin testində iştirak edib.

Alınan nəticə onun bədəninin real yaşından 12 il daha gənc olduğunu göstərir.

"Forbes" jurnalına görə, ardıcıl üçüncü dəfə ilin ən çox qazanan idmançısı olan Ronaldonun yayda Klubların dünya çempionatında "Flamenqo"da oynamaq təklifi aldığı da bildirilir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью