Kriştiano Ronaldonun komandası məğlub olub İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kriştianu Ronaldonun komandası "Əl-Nəssr" Asiya Çempionlar Liqası çərçivəsində Qətərin "Əl-Sədd" klubuna 90+9-cu dəqiqədə penaltidən buraxılan qol üzündən 1:2 hesabı ilə məğlub olub.
İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz bu oyunda forma geyinməyib.
Komandası Asiya Çempionlar Liqasında pley-offa vəsiqəni təmin etdiyindən Kriştiano Ronaldoya istirahət verilib və o, qarşılaşmanı stadiondan anası Dolores Aveyru və sevgilisi Corcina Rodrigeslə birlikdə izləyib.
Qeyd edək ki, Asiya Çempionlar Liqasında səkkiz komandanın pley-offa çıxacağı Qərb zonasında "Əl-Nəssr" 13 xalla 3-cü yerdədir.
Qrup mərhələsinin sonuna hələ iki tur var. İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu