Kriştiano Ronaldonun oğlu Portuqaliya yığmasında debüt edəcək

06.05.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliya millisində uzun illərdir əsas fiqur olan Kriştiano Ronaldonun oğlu – Ronaldo Jr, milli komandada öz tarixini yazmağa başlayır.

BAKU.WS xəbər verir ki, futbol əfsanəsinin oğlu ilk dəfə Portuqaliyanın yeniyetmələrdən ibarət milli komandasında çıxış edəcək.

O, Xorvatiyada keçiriləcək beynəlxalq yeniyetmələr turnirində debüt etməyə hazırlaşır.

Portuqaliya yığması turnirdə Yaponiya, Yunanıstan və İngiltərə komandalarına qarşı oyunlar keçirəcək. Ronaldo Jr-nin debütü 13 may tarixinə planlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью