Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo hazırda dünyanın ən çox qazanan futbolçusudur. Sport24.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ronaldonun 2026-cı ildəki gəliri 225 milyon funt sterlinq təşkil edi. Bu rəqəm onun karyerası ərzində əldə etdiyi ümumi qazancı 2 milyard dollar həddindən yuxarı qaldırıb.
Bu məbləğə təkcə onun klubdakı maaşı deyil, həmçinin reklam kampaniyalarındakı və kommersiya layihələrindəki iştirakından əldə etdiyi gəlirlər də daxildir.
Dünyanın ən çox qazanan ikinci futbolçusu ildə 109 milyon funt sterlinq gəlir əldə edən "İnter Mayami"nin hücumçusu Lionel Messidir. İlk "üçlüyü" isə illik 75 milyon funt sterlinq gəliri olan "Real"ın hücumçusu Kilian Mbappe tamamlayır.