Kriştiano Ronaldu Qızıl topla bağlı fikirlərini bölüşüb

28.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kriştiano Ronaldu "Qızıl top"u Vinisius Juniorun qazanmalı olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, "Globe Soccer Awards"ın mükafatlandırma mərasimində deyib.

Portuqaliyalı futbolçu qərarını belə əsaslandırıb: "Rodri də mükafata layiq idi. Amma Vinisius Çempionlar Liqasını qazanıb və finalda qol vurub. Bu amil onun daha layiq olduğunu göstərir. Ədalətsizlik olub".

Qeyd edək ki, "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını İspaniya yığmasının yarımmüdafiəçisi Rodri qazanıb. O, səsvermədə Vinisius Junior və Cud Bellingemi qabaqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью