Kriştiano Ronaldudan DÇ2034la bağlı paylaşım FOTO İdman və Biz

05.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliyalı ulduz Kriştiano Ronaldu DÇ-2034-lə bağlı Səudiyyə Ərbistanında təşkil olunan tədbirdə iştirak edib.

İdman.biz xəbər verir ki, "Əl-Nəsr"də çıxış edən futbolçu bununla bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda Ronaldu dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsinin gənc futbolçuların yetişməsində böyük tol oynayacağını yazıb: "Səudiyyə Ərəbistanında dünya çempionatının təşkili çoxlu gənc futbolçunun birlikdə inkişafı istiqamətində ilhamvericidir. 2034-cü ildən bütün dünyanı burada qarşılaşamağı arzu edən gənclərlə bir yerdə olmaq çox xoşdur".

Qeyd edək ki, Kriştiano tədbirdə dünya çempionatının keçiriləcəyi ilə əks etdirən 34 nömrəli formada gəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью