Kriştianu Ronaldu 1000 qola çata bilməyəcəyini etiraf edib

12.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu 1000 qol səddinə çata bilməyəcəyini etiraf edib.

Oxu.Az "Goal"a istinadən xəbər verir ki, ulduz futbolçu 900 qol səddinə çatsa da, 1000-ə çatmağın elə də asan olmayacağını deyib.

"Mən açıq şəkildə dedim ki, 1000 qol hədəfinə çatmaq istəyirəm, amma görünür ki, bu elə də asan deyil. 900-ə çatdım. Amma bundan sonra bədənimin necə reaksiya verəcəyini bilmirəm. Əlbəttə, 1000 qol hədəfinə çatmağı hədəfləmişəm. Lakin çatmasam belə, hazırda dünyanın ən çox qol vuran futbolçusuyam", - deyə K.Ronaldu bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью