Kriştianu Ronaldu 30 günlük diskvalifikasiya olunub

19.10.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ölkənin Futbol Federasiyası (FPF) tərəfindən 30 günlük diskvalifikasiyaya məruz qalıb.

İdman.Biz “Record” nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçu yığmanın təlim-məşq düşərgəsini tərk etdiyinə görə 255 avro məbləğində cərimələnib.

Ronaldu Millətlər Liqasının üçüncü turunda Danimarka ilə keçirilən və Portuqaliyanın 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl millinin düşərgəsindən ayrılıb.

Baş məşqçi Jorje Jezuş futbolçu ilə aralarında münaqişə olmadığını bildirsə də, tərəflər arasında barışıq görüşünün keçirilməsi barədə məlumatlar yayılıb. Jezuşun belə bir görüşə razılıq verdiyi qeyd olunur.

Xatırladaq ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью