Kriştianu Ronaldu 977 ci qolunu vurdu VİDEO

21.08.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu karyerasında 977-ci qolunu vurub.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının ikinci turunda “Ər-Riyad”la səfər qarşılaşmasında fərqlənib. Görüş Şahzadə Faysal bin Fəhd stadionunda keçirilir.

Bu qol Ronaldu üçün həm də 2026/2027 mövsümündə ölkə çempionatında ilk qol olub. Portuqaliyalı hücumçu mövsümün ilk turunda “Əl-Fateh”ə qarşı keçirilən və “Əl-Nəsr”in 3:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxmayıb.

Ronaldu bununla da karyerasında 1000 qol həddinə bir qədər də yaxınlaşıb.

Beləliklə, beşqat “Qızıl top” sahibinə tarixi 1000 qol göstəricisinə çatmaq üçün daha 23 qol lazımdır.

Qeyd edək ki, “Əl-Nəsr” yeni mövsümə Anje Postekoqlunun rəhbərliyi altında başlayıb. Komanda ilk turda “Əl-Fateh”i 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью