Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu və kapitanı Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurub.
İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının beşinci turunda Qətərin “Əl-Sədd” klubu ilə qarşılaşmanın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib.
Ronaldu karyerası ərzində Portuqaliya millisinin heyətində 146, klub səviyyəsində isə 841 qol vurub. Hücumçu bu qollardan 139-na “Əl-Nəsr”in formasında imza atıb.
Beləliklə, portuqaliyalı futbolçunun karyerasında 1000 qol həddinə çatmasına cəmi 13 qol qalıb.
Qeyd edək ki, Ronaldunun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.