Kriştianu Ronaldu ƏlNəsrin şərikli sahibi olacaq

15.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

"Report" "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun 5 faiz payına yiyələnəcək.

39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadılacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Qeyd edək ki, K.Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 90 matçda 81 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью