Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib

29.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çxış edən Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib.

"Report" xəbər verir ki, Pro Liqanın XII turunda "Damak"la keçirilən görüşdə dublu sayəsində komandasına 2:0 hesablı qələbə qazandıran portuqaliyalı ulduz futbolçu karyerasındakı 915-ci qoluna imza atıb.

39 yaşlı hücumçu hədəfinin 1000 qola çatmaq olduğunu bildirib.

Qeyd edək ki, "Damak" klubuna 2:0 hesabı ilə qalib gələn "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 25 xalla üçüncü sırada qərarlaşıb.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью