Kriştianu Ronaldu: Xoş gəldiniz, cənab Jorji Jezuş

15.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Portuqaliyalı mütəxəssis Jorji Jezuş "Ən-Nəsr"in baş məşqçisi təyin olunub.

Oxu.Az xəbər verir ki, 70 yaşlı çalışdırıcı daha əvvəl Portuqaliyanın bir sıra klublarında, o cümlədən "Benfika"da işləyib. O bu komanda ilə üç dəfə ölkə çempionu olub, iki dəfə isə Avropa Liqasının finalına yüksəlib.

Daha sonra Jezuş "Əl-Hilal", "Flamenqo" və "Fənərbağça" kimi klubları çalışdırıb.

"Ən-Nəsr"də o, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ilə çempionluq qazanmağa çalışacaq. 40 yaşlı ulduz futbolçu həmyerlisi olan mütəxəssisə xoş gəldin edib. "Xoş gəldiniz, cənab Jorji Jezuş!" - deyə komandanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, avqust ayında "Ən-Nəsr" Səudiyyə Ərəbistanı Superkubokunun oyunlarında iştirak edəcək. Turnirdə "Əl-İttihad", "Əl-Hilal" və "Əl-Qadisiyyə" də yer alacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью