Kriştianu Ronaldunun cavan qalmasının sirri BƏLLİ OLDU

20.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun kapitanı Kriştianu Ronaldunun fiziki hazırlığını qoruyub saxlamasına kömək edən yeməyin adı məlum olub.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu "bacalhau-a-brush" adlı yemək yeyərək formasını saxlayır. Bu, duzlu treska balığı, soğan, nazik dilimlənmiş kartof və bişmiş yumurtadan ibarət ənənəvi portuqal yeməyidir.

Bu mövsüm portuqaliyalı ulduz bütün turnirlərdə 33 matçda iştirak edib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью