Kriştianu Ronaldunun hoteli yandı

09.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ən-Nəsr"in futbolçusu Kriştianu Ronaldunun Mərakeşdəki hotelində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində "Pestana CR7" adlı mehmanxanaya ciddi ziyan dəyib.

Xoşbəxtlikdən şəxsi heyətin və yanğınsöndürənlərin çevik hərəkəti nəticəsində xəsarət alan olmayıb.

Yanğın boş otaqda başlayıb. Ehtimal edilir ki, qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.

"Pestana CR7" hotelləri Portuqaliyada (Funşal və Lissabon), İspaniyada (Madrid), Fransada (Paris), İngiltərədə (Mançester) və Mərakeşdə (Mərakeş) yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью