Kriştianu Ronaldunun komandası Fənərbağçanın futbolçusu üçün 35 milyon avro təklif edib

25.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kriştianu Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" klubu "Fənərbağça"nın futbolçusu Youssef Ən-Nəsiri üçün 35 milyon avroluq təklif göndərib.

Oxu.Az xəbər verir ki, "Fənərbağça" forması ilə 24 oyunda meydana çıxan Ən-Nəsiri ümumilikdə 10 qol, üç məhsuldar ötürmə edib.

Futbolçunun satışında söz sahibi isə "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo olacaq.

Qeyd edək ki, "Fənərbağça" klubu Youssef Ən-Nəsirini bu mövsüm "Sevilya" klubundan 19.5 milyon avro qarşılığında transfer edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью