Kriştianu Ronaldunun transfer qiyməti aşağı enib

13.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının "ƏL-Nəsr" klubunun və Portuqaliya millisinin üzvü Kriştianu Ronaldunun transfer qiyməti aşağı enib.

"Report" xəbər verir ki, məşhur "Transfermarkt" portalı onun qiymətini 15 milyon avrodan 12 milyona salıb.

Qeyd edək ki, 39 yaşlı hücumçu cari mövsüm 19 oyunda 16 qol vurub. Ümumilikdə isə o, rəsmi matçlarda 916 dəfə fərqlənən ilk futbolçu kimi tarixə düşüb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью