Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kristiano Ronaldo ölkə Prezidenti Antoniu Joze Sequruya siyasətçinin soyadı və 2026 rəqəmi əks olunmuş yığma forması hədiyyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı millinin mətbuat xidməti yayıb.
Bildirilib ki, dövlət başçısı dünya çempionatına yola düşməzdən əvvəl futbolçuları və komandanın məşqçilər heyətini qəbul edib.
Görüş zamanı Ronaldo Sequrunun əlindən Portuqaliya bayrağını təhvil alıb.
Qeyd edək ki, Portuqaliya yığması futbol üzrə dünya çempionatında Konqo DR, Kolumbiya və Özbəkistan komandaları ilə eyni qrupda mübarizə aparacaq.