Kristin Laqard vəzifəsini vaxtından əvvəl tərk edəcək

29.10.2026

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasəmova,Banco.az

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacağı açıqlanıb.

Onun səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatmalı idi.

Banco.az xəbər verir ki, AMB-nin məlumatına əsasən, Laqard vəzifəsini nəzərdə tutulan vaxtdan təxminən səkkiz ay əvvəl tərk edəcək.

2019-cu ildə Mario Draqini əvəz edən Laqard bankın dördüncü prezidenti və bu vəzifəni tutan Fransadan olan ikinci şəxsdir.

Onun vaxtından əvvəl istefası Avrozonanın pul siyasətinə rəhbərlik edəcək yeni namizədin müəyyənləşdirilməsi prosesini sürətləndirə bilər. AMB-nin qərarları Avrozonada 350 milyondan çox insanın həyatına təsir göstərir.

Laqardın gələcək fəaliyyəti ilə bağlı Dünya İqtisadi Forumuna rəhbərlik edə biləcəyi barədə də məlumatlar yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью