Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kişineu, 26 sentyabr, AZƏRTAC
Avropa yolumuzu qorumaq və davam etdirmək çox vacibdir ki, indiyə qədər görülən bütün səylər ölkəmizin gələcəyini gücləndirməyə kömək etsin.
AZƏRTAC “Moldpres”ə istinadla xəbər verir ki, bunu Moldovanın Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Qerasimov sentyabrın 28-də keçiriləcək parlament seçkiləri ilə bağlı müraciətində deyib.
"Mən hər kəsi bu bazar günü meydana çıxmağa və ölkəmizin Avropa gələcəyinə səs verməyə çağırıram. Hər bir səsvermə bütün vətəndaşlarımız üçün azad, ləyaqətli və firavan gələcək quracaq", - deyə Kristina Qerasimov bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu