Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

14.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Luvr təmir edilməsə və müasir tələblərə uyğunlaşdırılmasa bağlanmalı olacaq.

AZƏRTAC xəbər verir ki, bunu muzeyin direktoru Kristof Leribo Fransa mediasına müsahibəsində deyib.

Direktorun sözlərinə görə, Luvrun təmiri işləri 12-15 il çəkə bilər.

“Tam yenidənqurma işləri 12-15 il davam edəcək. Luvr sarayının 800 illik tarixi ilə müqayisədə bu, o qədər də uzun müddət deyil. Ümid edirəm ki, Kolonnada tərəfdən giriş və yeni sərgi zalları beş-altı ildən sonra fəaliyyətə başlayacaq”, – deyə o bildirib.

2025-ci ilin yanvarında Fransa Prezidenti Emmanuel Makron “Luvrun yeni dirçəlişi” adlı muzeyin yenidənqurma proqramını elan edib. Layihənin maliyyələşdirilməsinin digər mənbələrlə yanaşı, həmçinin Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn turistlər üçün bilet qiymətlərinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulurdu.

Dəyəri 1 milyard avronu ötən layihə muzeyin şərq fasadı tərəfdən yeni girişinin yaradılmasını, Leonardo da Vinçinin “Mona Liza” əsəri üçün ayrıca zalın tikilməsini, yeni sərgi məkanlarının yaradılmasını, həmçinin mühəndis-kommunikasiya sistemlərinin modernləşdirilməsini və son illərdə mütəxəssislər tərəfindən köhnəlmiş vəziyyətdə olduğu qeyd edilən tarixi binanın təmirini nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью