Kristofer Miller Trampın administrasiyasında Pentaqona rəhbərlik edəcək?

10.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın keçmiş müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller yeni seçilmiş prezident Donald Trampın administrasiyasında Pentaqona rəhbərlik edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Miller Trampın ilk prezidentliyinin son mərhələsində qısa müddət ərzində - 2020-ci il noyabrın 9-dan 2021-ci il yanvarın 20-dək ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edib.
Nəşrin məlumatına görə, Pentaqonun rəhbəri postuna digər namizədlər arasında ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ Nümayəndələr Palatasının Florida ştatından olan üzvü Mayk Vals da var.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью