“Kriti Vüsal Masallinski” həbs olundu BMCMİ dən əməliyyat

01.09.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kriminal aləmdə “Kriti Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyev müxtəlif cinayət əməllərində təqsirləndirilərək saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirlir.

Qeyd edək ki, “Kriti Vüsal” törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью