Kritik 3 il başladı: Günəş dünyanı qaranlığa qərq edəcək? Təhlükə riski | Icma.az
Redaktor.az saytına istinadən Icma.az xəbər verir. Günəşdə baş verən partlayışlar adi gözlə görünməz, lakin təsirli kosmik hadisələrdir.
Bu partlayışlar nəticəsində yayılan plazma və radiasiya axınları yerə çataraq geomaqnit qasırğalarına səbəb ola bilər.
Bəs dünyada fəlakətə səbəb ola biləcək günəş partlamaları baş verə bilərmi? Belə olduğu təqdirdə dünyanın elektriksiz qalması mümkündürmü?
Partlamanın fəsadları nələr ola bilər? Redaktor.az xəbər verir ki, "Report" yaranan suallara cavab tapmaq üçün mövzunu araşdırıb.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva bildirib ki, günəş hazırda özünün 25-ci aktivlik dövründədir: “Hər 11 ildən bir günəşdə aktivlik dövrü artır.
2025-ci il günəşin ən aktiv dövrünə tasadüf edir və bu aktivlik təqribən 2028-ci ilə qədər davam edəcək.
Sonra isə günəşin aktivliyi zəifləyəcək. Günəşin aktivlik dövründə alışmaların sayı kifayət qədər güclü və çoxsaylı olur.
Bu alışma mayın 13-də C4 səviyyəli maqnit qasırğasına səbəb olmuşdu.
Tam oxu
Xəbəri oxu