Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner ilə Kiyevdə iki raund danışıqların artıq keçirildiyini açıqlayıb.
O, tərəflərin üçüncü görüşə başladığını bildirib.
“Cebheinfo.az” bu barədə “European Pravda”-ya istinadən yazır.
"İki görüş keçirdik. İndi üçüncü görüşə başladığımıza çox şadam", - deyə Zelenski jurnalistlərə bildirib.
Prezident üçüncü raundda kimin iştirak etdiyini və ya Böyük Britaniya, Fransa və Almaniyadan olan milli təhlükəsizlik müşavirlərinin danışıqlara qoşulub-qoşulmadığını dəqiqləşdirməyib.
Vitkoff və Kuşner Moskvaya səfər etdikdən sonra sentyabrın 6-da Kiyevə gediblər. Onlar əvvəlki gün Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox görüş keçiriblər. Amerika tərəfi Moskva danışıqlarının “məzmunlu” keçdiyini və növbəti həftələrdə əlavə addımların açıqlanacağını bildirib.
Kiyevdə keçirilən ilk danışıqlardan sonra Kuşner ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq əzmini ifadə edib. Amerika rəsmiləri əvvəllər də Moskva ilə Kiyev arasında diplomatik əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulamışdılar.
Böyük Britaniya, Fransa və Almaniyadan olan nümayəndələr də Kiyevdədir və danışıqların genişləndirilmiş formatında iştirak etməlidirlər. Lakin onların üçüncü raunda iştirak edib-etmədikləri hələlik məlum deyil.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin