Kritik saziş qüvvəyə mindi

05.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici İşlər Nazirliyi Rusiya ilə Şimali Koreya arasında iyun ayında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişinin qüvvəyə mindiyini bildirib. 

"Cebheinfo.az"-ın nazirliyə istinadən məlumatına görə, xarici işlər nazirinin müavini Andrey Rudenko və Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Gyu paytaxt Moskvada tərəfdaşlıq müqaviləsinin qüvvəyə minməsini nəzərdə tutan protokolu imzalayıblar. 

İmzalanan protokola uyğun olaraq, Rusiya ilə Şimal arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi qüvvəyə minib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin iyun ayında Şimali Koreyaya səfəri zamanı Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb. 

Bildirilir ki, bu saziş tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı hərbi yardımı nəzərdə tutur və Şimali Şərqi Asiya və Asiya Sakit Okean regionlarında bölünməz təhlükəsizlik sistemi ilə çoxqütblü dünya nizamının qurulmasına töhfə verəcək. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью