Krivotsyuk qitə dəyişə bilər: Avropadan təklif var

30.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının və “Daejeon Hana”(Cənubi Koreya) klubunun müdafiəçisi Anton Krivotsyuk xarici komandaların maraq dairəsindədir.
Apasport.az saytına verilən məlumata görə, 27 yaşlı futbolçu ilə “Aris” maraqlanır.
Yunanıstan Superliqasında çıxış edən Saloniki təmsilçisi mövsümün sonunda Anton üçün danışıqlar aparacaq.
Hazırda “Aris”in skautları onu daimi olaraq izləyir.
Krivotsyukun “Daejeon”la müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. O, 2023-cü il fevralın 21-dən Cənubi Koreya klubunda oynayır.
Xatırladaq ki, millimizin futbolçusu “Neftçi”, “Visla”(Plok, Polşa) komandalarının da formasını geyinib.

Səudiyyə Ərəbistanı klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA “Vest Hem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ “Vest Hem” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ “Fənər”də şok ayrılıq - CƏMİ BİR AY İŞLƏDİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью