Krivotsyukun komandası qalib gəldi

22.11.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Krivotsyukun komandası qalib gəldi

Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”un qonağı olub. Matç qonaqların qələbəsi ilə başa çatıb. 

“Qanqvon” - “Daejeon” - 1:3
Qollar:
Byeonq-Çan, 24 (1:0), Oliveira, 38 (1:1), Ludviqson, 53 (1:2), İşida, 84 (1:3)

Krivotsyukun adı matçın iştirak ərizəsində yer almayıb. 

Xatırladaq ki, Lixtenşteynlə oyundan əvvəl çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən Antonun adı millinin heyətindən çıxarılmışdı. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 56-ya çatdıran “Daejeon” turnir cədvəlində üçüncüdür. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью