Krivotsyukun komandası qələbəni əldən verdi

13.04.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Seul”la qarşılaşıb.

İlk hissədən sonra Krivotsyukun komandası 2:0 hesabı ilə öndə olsa da, fasilədən sonra 2 dəfə fərqlənən meydan sahibləri məğlubiyyətdən qaçıblar - 2:2. 

Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətində yer alan 26 yaşlı müdafiəçi sonadək meydanda olub.

Qeyd edək ki, 8 turdan sonra aktivində 17 xal olan “Daejeon” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Seul” isə 13 xalla dördüncüdür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью