“Krokus” terrorçusu ilə bağlı ŞOK: Vəkillər xüsusi təyinatlıları “amansızlıqda” ittiham edir

14.12.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Krokus Siti Holl”da törədilmiş terror aktında təqsirləndirilən 19 yaşlı Mühəmmədsobir Fayzovun müdafiəçiləri onun saxlanılması zamanı xüsusi təyinatlı qüvvələrin hərəkətlərindən şikayət hazırlayır.

Ölkə.az xəbər verir ki, müdafiə tərəfinin iddiasına görə, terror aktından sonra qaçan Fayzovun olduğu avtomobil qəzaya uğrayaraq aşdıqdan sonra o, polis təqibindən yayınmağa çalışıb.

Qaranlıqdan istifadə edən Fayzov təxminən 20 metr hündürlükdə ağacın başına çıxaraq gizlənib. Hüquq-mühafizə orqanları onu termal kamera vasitəsilə aşkar ediblər.

Vəkillərin sözlərinə görə, təhlükəsizlik qüvvələri Fayzovla uzunmüddətli danışıqlara getməyib və ağacı kəsərək onu aşağı salıblar. Nəticədə Fayzov hündürlükdən yıxılıb və müxtəlif xəsarətlər alıb. O, məhkəmə iclasına əlil arabasında gətirilib.

Müdafiə tərəfi ağacla birlikdə yıxılmanı “həddindən artıq güc tətbiqi” və əsassız sərtlik kimi qiymətləndirir və bu faktla bağlı hüquqi şikayət verilməsinə hazırlaşır.(musavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью