Krosbi Makdevidə görə məyusdu

05.03.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kanada yığmasının hücumçusu Sidni Krobsi komanda yoldaşı Konnor Makdevidin Qış Olimpiadasındakı çıxışı haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, “Edmonton”un forvardı Makdevid turnirdə keçirdiyi 6 oyunda 13 (2+11) xal toplayıb, Olimpiadanın hokkey turnirinin ən dəyərli oyunçusu sayılıb. Kanada finalda ABŞ-yə uduzduğuna görə Makdevid növbəti dəfə titula həsrət qalıb. Krosbi isə özündən daha çox Konnora görə məyusdu: “Konnor bizi arxasınca daşımaq üçün gücü çatan hər şeyi etdi. Dünyanın ən yaxşı hokkeyçilərinin toplaşdığı turnirdə belə yüksək səviyyə nümayiş etdirmək qeyri-adi hadisədi. Bunu yaxından görəndə istər-istəməz Makdevidə görə heyifsilənirsən. Çünki o, hədsiz çox iş gördü, bütün mümkün aspektlərdə lider idi. Hamımız bir-birimiz, xüsusən də Konnor üçün qalib gəlmək istəyirdik. Arzulanan nəticəyə nail ola bilmədiyimizə görə kədər içindəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью