Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az "Hekayə müzakirəsi" layihəsində İlham Əzizin "Krossvord" hekayəsini təqdim edir.
Həftənin beş günü səhər 7-də Sahil metrosunun üzbəüzündəki sovetdənqalma qəzet köşkünün qabağında görüşürdülər.
Buranı seçməklərinin səbəbi vardı; krossvord qəzeti alırdılar. Bu işi şöbənin ən cavanına - Aqilə tapşırmışdılar.
Rafaellə Səxavət tez gəlsələr də, mütləq Aqili gözləyirdilər. Aqil krossvord seçməkdə peşəkarlaşmışdı.
Qəzeti alandan sonra piyada üz tuturdular iş yerlərinə - Səməd Vurğun küçəsindəki Maliyyə Nazirliyinin mərkəzi binasına.
Krossvord xəstəliyi ölkəyə müstəqillikdən sonra ayaq açmışdı. Səxavət, Rafael, Aqil də bu xəstəliyə yoluxanlardan idi.
Şöbə müdirinin işdən çıxdığı son altı ayda əl-qolları lap açılmışdı.