Kruizdə Norovirus epidemiyası YAYILDI

03.04.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Queen Mary 2” kruiz gəmisində 240-dan çox sərnişin və ekipajın norovirusa yoluxduğu bildirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) açıqlama verib.

Gəmidə olan 2538 sərnişindən 224-nün və 1232 ekipaj üzvündən 17-nin xəstəliyə tutulduğu qeyd edilib.

"Queen Mary 2"-də "norovirus" səbəbiylə ishal və qusmanın geniş yayılmasından sonra təmizlik tədbirləri artırılıb, yoluxmuş sərnişinlər karantinə alınıb.

Oksana


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью