Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
KRVİ (kəskin respirator virus infeksiyası) və ya KRX (kəskin respirator xəstəlik) - uşaqlar arasında ən geniş yayılmış xəstəlikdir.
KRVİ-nin törədiciləri - çoxsaylı viruslardır. Onlar mürəkkəb struktura malik və həddən artıq müxtəlif növlərə malik oldugundan, insan orqani
KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Qorxulu olan onun fəsadlarıdır (bronxit, sətəlcəm-pnevmoniya, otit, angina və s.).
Ona görə də uşaq KRVİ-yə tutulubsa, bundan qorxmayın, sadəcə lazım olan tədbiri görün.
Çünki bütün uşaqlar vaxtaşırı belə infeksiyalara yoluxurlar.
Lakin uşaqda KRVİ ildə 4 dəfədən artıq təkrar olunarsa, onu mütləq immunoloqa göstərmək lazımdır.
KRVİ hava-damcı (öskürək, asqırmaq, xəstənin istifadə etdiyi qab-qacaq və digər əşyalarla) vasitəsi ilə keçir.