Kseniya Sobçak cərimə ödəməkdən boyun qaçırıb: Məhkəmə yeni qərar çıxarıb | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva məhkəməsi məşhur rusiyalı jurnalist Kseniya Sobçaka əvvəlki inzibati cəriməni ödəmədiyinə görə yeni cərimə kəsib.
Oxu.Az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verib.
Qeyd olunub ki, Rusiya qanunvericiliyinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi ikiqat məbləğdə cərimə ilə nəticələnir.
Həmçinin bu cəza 15 gün inzibati həbs və ya 50 saatlıq məcburi işlə də nəticələnə bilər.
Lakin mənbə tanınmış jurnalistin hansı qayda pozuntusuna görə cərimələndiyini qeyd etməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu