Kseniya Sobçakın Latviyaya girişi qadağan edildi

31.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Rusiyalı teleaparıcı və jurnalist Kseniya Sobçakın və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişi qadağan edilib.
 
Bizim.Media
xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial media hesabında məlumat yayıb.
Məlumata görə, qərar Latviya Xarici İşlər Nazirliyinin rəhbəri tərəfindən immiqrasiya qanunvericiliyinə əsasən verilib.
Cütlüyün arzuolunmaz şəxslər siyahısına daxil edilməsinin səbəbləri göstərilməyib.
 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью