KTM: Son üç gündə dörd nəfəri gün vurub

14.07.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son üç gün ərzində (iyulun 10-dan 13-dək) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dörd nəfər müraciət edib.

Oxu.Az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

R.Məmməd qeyd edib ki, həmin şəxslərə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb, ölüm halı qeydə alınmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью