KTMT 2030 a qədər terrorla mübarizə planı qəbul etdi

12.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri 2030-cu ilə qədər terrorla mübarizə üzrə yeni strategiya qəbul ediblər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, qərar Kremldə keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra verilib.

Məlumata görə, 2030-cu ilə qədər nəzərdə tutulan antiterror strategiyası Rusiyanın təşəbbüsü ilə hazırlanıb. Sənəddə beynəlxalq terrorçuluq, ekstremizm və onun maliyyələşdirilməsi mənbələrinə qarşı birgə mübarizə tədbirləri əks olunub.

Bundan əlavə, təşkilatın üzv dövlətlərinin ortaq yanaşmaları Kollektiv Təhlükəsizlik Şurasının yekun Bəyannaməsində, eləcə də terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq və kollektiv təhlükəsizlik sisteminin parlament ölçüsü ilə bağlı bəyanatlarda öz əksini tapıb.

İclasda həmçinin regionda və dünyada təhlükəsizlik məsələləri, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və üzv dövlətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Qeyd edək ki, KTMT-yə hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan təşkilatdakı fəaliyyətini 2024-cü ildən dondurub.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью