KTMT Bakı və İrəvana mesaj verdi Kremlin saytında

27.11.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

KTMT ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Kremlin saytında dərc olunmuş bəyannaməsində qeyd edilib.

“Biz Ermənistan və Azərbaycan arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq”, – məlumatda bildirilib.

Sənəddə qeyd olunur ki, regional münaqişələrin eskalasiyası və xüsusilə KTMT-yə üzv dövlətlərin sərhədləri yaxınlığında yeni təhlükəsizlik təhdidlərinin yaranması, habelə regiondankənar aktorların KTMT ərazisində proseslərə təsir etmək cəhdləri sabitliyin və sülhün təmin edilməsi üçün əlaqələndirilmiş səylər tələb edir.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью