Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Baltikyanı ölkələrdə baş verə biləcək hər hansı bir hadisə siyasi böhrana səbəb ola bilər”
“Baltik dənizində baş verən hər hansı bir hadisə hərbi-siyasi böhrana səbəb ola bilər”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
"Baltik dənizində baş verən hər hansı bir hadisənin ciddi beynəlxalq hərbi-siyasi böhrana səbəb ola biləcəyini nəzərə alaraq, biz NATO blokunun siyasi rəhbərliyinin ehtiyatlılığına güvənirik", - deyə o bildirib.
Təşkilatın baş katibinin sözlərinə görə, KTMT Katibliyinin analitikləri regiondakı vəziyyəti izləyir.
O həmçinin 2026-cı ildə Belarusda planlaşdırılan təlimlərdən danışıb.