KTMT Cənubi Qafqazda davamlı sülhün bərqərar olacağını gözləyir

20.04.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

KTMT Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ümidverici tendensiyalar müşahidə edir.

"Yeni Sabah" xəbər verir ki, bunu qurumun baş katibi Taatbek Masadıkov bildirib.

Bu bəyanatı o, KTMT Parlament Assambleyası Şurasının iclasında verib.

"Biz inanırıq ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması Cənubi Qafqazda davamlı sülh və sabitliyə aparan etibarlı yoldur", - Masadıkov qeyd edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью