KTMT Cənubi Qafqazda qeyri sabit vəziyyətdən narahatdır

30.01.2025

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bölgədəki gərginlik Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirlərini gücləndirmək cəhdləri ilə qızışır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Cənubi Qafqaz regionunda qeyri-sabit vəziyyətin davam etməsindən narahatdır. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə KTMT Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.

“Qeyri-sabit vəziyyətin aradan qaldırılması istiqamətində proses davam edir. Bunun mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasına hazırlıq işləridir”, - deyə KTMT rəsmisi qeyd edib.

Serdyukovun sözlərinə görə, “bölgədəki gərginlik Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirlərini gücləndirmək cəhdləri ilə qızışır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью