Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Reyting.az “Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, nazirlər terror və ekstremist fəaliyyətlərə hər hansı dəstəyin, təbliğatın, bəraət qazandırılmasının və onların həyata keçirilməsinə təhrik edilməsinin yolverilməzliyini ayrıca vurğulayıblar.
KTMT-yə üzv ölkələrin XİN rəhbərləri dünyada artan terror və ekstremizm təhdidlərindən dərin narahat olduqlarını bildiriblər.
ELÇİN