KTMT dən ilk reaksiya: “Qərb Cənubi Qafqazda təsirini gücləndirir”

12.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Qərb ölkələri Cənubi Qafqaz bölgəsində təsirlərini gücləndirməyə çalışırlar”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

"Köhnə, həll olunmamış ziddiyyətlərin və yeni geosiyasi çətinliklərin kombinasiyası ilə xarakterizə olunan Qafqaz bölgəsindəki vəziyyət xüsusilə narahatlıq doğurur. Bu, əsasən Qərb ölkələrinin Cənubi Qafqazda təsirlərini gücləndirmək cəhdləri ilə bağlıdır", - deyə o qeyd edib.

Orta Asiyadan danışan KTMT Birləşmiş Qərargah rəisi Əfqanıstanda fəaliyyət göstərən çoxsaylı beynəlxalq ekstremist, terrorçu qrupların bölgədəki sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərdiyini vurğulayıb.

Serdyukovun sözlərinə görə, bu, terrorizmin qonşu ərazilərə ixrac edilməsi ilə bağlı real təhlükə yaradır. "Təxribatçı radikal ideologiyanın və narkotik qaçaqmalçılığının yayılması ciddi problemlər olaraq qalır", - deyə o əlavə edib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью