KTMT dən İrəvana tələb: Pulu ödəyin

26.06.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu Rusiyanın KTMT-dakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

“Ermənistan tərəfi artıq iki ildir ki, ödəməli olduğu 10%-i ödəmir”, - o deyib.

V.Vasilyev əlavə edib ki, Ermənistan KTMT-yə təşkilatın ümumi büdcəsinin 10%-ni ödəməlidir.

Xatırladaq ki, KTMT 1992-ci ilin 15 may tarixində Özbəkistanın Daşkənd şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanması ilə yaradılıb. 18 sentyabr 2003-cü ildə isə beynəlxalq təşkilat kimi rəsmən fəaliyyətə başlayıb. Hazırda təşkilatın Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxil olmaqla, 6 rəsmi üzvü var.

Ermənistan 2024-cü ildən etibarən təşkilatdakı iştirakını de-fakto dondurduğunu və tədbirlərdə iştirak etmədiyini bəyan etsə də, hüquqi olaraq hələ də üzv statusundadır.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью